Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin erməni iş adamı Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarıb.
Trend TASS-a istinadən xəbər verir ki, bununla bağlı fərman hökumət portalında dərc olunub.
“Aşağıdakı şəxslərin Rusiya Federasiyasının vətəndaşlığından çıxması haqqında ərizəsi təmin edilsin: 1968-ci il mayın 25-də Ermənistanda anadan olmuş Vardanyan Ruben Karlenoviç...”, - deyə fərmanda qeyd olunur.