Bakı. Trend:
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günü ilə bağlı özünün tviter səhifəsində paylaşım edib.
Trend-in məlumatına görə, Prezident Ersin Tatar paylaşımında yazıb: “Hörmətli Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə şəxsən öz adımdan və Kipr türk xalqı adından təbrik edir, ona cansağlığı, əmin-amanlıq, xoşbəxtlik və uğurlarla dolu uzun ömür arzulayıram”.