Bakı. Trend:
Qarabağda təbii yataqların istismarı ilə bağlı azərbaycanlı mütəxəssislərlə yanaşı, beynəlxalq ekspertlər də cəlb olunub və hesablamalar aparılır.
Bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında Trend-in sualını cavablayarkən bildirib.
"Bu istiqamətdə işlər aparılır və həmin o faktlar Azərbaycanın Ermənistana qarşı dövlətlərarası iddiasının tərkib hissəsidir", - nazir qeyd edib.