...

Delimitasiya prosesində 8 kənd Azərbaycana qaytarılmalıdır - Ceyhun Bayramov

Siyasət Materials 27 Dekabr 2022 17:49 (UTC +04:00)
Delimitasiya prosesində 8 kənd Azərbaycana qaytarılmalıdır - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanla delimitasiya prosesində 8 Azərbaycan kəndi qaytarılmalıdır. Bu kəndlərdə azərbaycanlılar yaşayıb və həmin kəndlərin qaytarılması həyata keçirilməlidir.

Trend xəbər verir ki, bu barədə dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında 30 ildir ki, sərhədlər müəyyənləşməyib. Çünki bu illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altında olub.

"Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü, öz sərhədlərinə nəzarəti bərpa edib”, - deyə o nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti