Bakı. Trend:
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, "ASAN xidmət" İşçilərinin Peşə Bayramı Günü və ilk "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə qərara alınır:
1. Dövlət xidmətlərinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə
Mehdiyev Ülvi Ramiz oğlu
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə
Azadəliyev Elvin Sərvər oğlu
Bayramov Səbuhi Mikayıl oğlu
Əkbərov Adil Sədrəddin oğlu
Hüseynov Elvin Akif oğlu
Məmmədov Elşən Ramiz oğlu.
2. Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə Emin Qabil oğlu Musaviyə "Əməkdar jurnalist" fəxri adı verilsin.