...

Peskov Ermənistanın ümidlərini "dəfn etdi"

Siyasət Materials 29 Dekabr 2022 15:33 (UTC +04:00)
Peskov Ermənistanın ümidlərini "dəfn etdi"

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bugünkü açıqlamasında Ermənistanın ümidlərini "dəfn edərək", bölgədəki vəziyyətə beynəlxalq qüvvələrin mümkün müdaxiləsi üçün təkcə Ermənistanın deyil, Azərbaycanın da razılığının zəruri olduğunu bildirib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, Peskov jurnalistlərin Ermənistanın baş naziri Nikol Paşinyanın təklifini şərh etmək xahişinə belə cavab verib: "Münaqişənin hər iki tərəfi bununla razılaşarsa, beynəlxalq sülhməramlılar cəlb oluna bilər. Bu, təkcə Ermənistanın deyil, həm də Azərbaycanın razılığı ilə olmalıdır”.

Qeyd edək ki, bu gün Ermənistan Nazirlər Kabinetinin iclasında Nikol Paşinyan bəyan edib ki, əgər Rusiya obyektiv və ya subyektiv səbəblərdən Qarabağda “sabitlik və təhlükəsizliyi təmin edə bilmirsə”, o, BMT Təhlükəsizlik Şurasında Rusiya sülhməramlı qüvvələrinə BMT Təhlükəsizlik Şurasının mandatının verilməsi və ya Qarabağa əlavə çoxmillətli sülhməramlı qüvvələrin göndərilməsi məsələsinin müzakirəsinə təşəbbüs göstərməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti