...

Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti mərhələsi planlaşdırılır

Siyasət Materials 4 Yanvar 2023 09:55 (UTC +04:00)
Azərbaycan-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti mərhələsi planlaşdırılır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistan iki ölkənin xarici işlər nazirlikləri vasitəsilə siyasi məsləhətləşmələrin növbəti mərhələsini müzakirə ediblər.

Trend-in Özbəkistan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, məsələ Özbəkistan departamentinin rəhbəri Bəxtiyor Saidovla Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər, həmçinin Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası da daxil olmaqla, planlaşdırılan tədbirlərin cədvəlini nəzərdən keçiriblər.

Eyni zamanda, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində birgə tədbirlərin görülməsinin, avtomobil sənayesi, neft-kimya, energetika və kənd təsərrüfatı kimi sahələrdə birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti