...

Azərbaycanda ombudsmanın vəzifə maaşı artırıldı

Siyasət Materials 12 Yanvar 2023 19:42 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanununu imzalayıb.

Sənədə əsasən, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilir:

- 16.1-ci maddədə “2230” rəqəmləri “3060” rəqəmləri ilə, “əmək haqqı” sözləri “vəzifə maaşı” sözləri ilə əvəz edilsin;

- aşağıdakı məzmunda 16.1-1-ci maddə əlavə edilsin:

“16.1-1. Müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödənilir.”;

16.6-cı maddə ləğv edilir.

Bu Konstitusiya Qanunu 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti