...

Bakıda Xəzəryanı dövlətlərin parlament konfransı keçiriləcək

Siyasət Materials 17 Yanvar 2023 17:00 (UTC +04:00)
Bakıda Xəzəryanı dövlətlərin parlament konfransı keçiriləcək

Bakı. Trend:

Bakıda Xəzəryanı dövlətlərin parlament konfransının keçirilməsi planlaşdırılır.

Trend-in çərşənbə axşamı Rusiya Dövlət Dumasının saytına istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin yaz sessiyasının ilk plenar iclasında deyib.

"Azərbaycandan olan həmkarlarımızla birlikdə biz Bakıda Xəzəryanı dövlətlərin parlament konfransını keçirməyi planlaşdırırıq", - Volodin bildirib.

Onun sözlərinə görə, apreldə Dövlət Dumasında Çin, İran, Türkiyə və Pakistanın iştirakı ilə təhlükəsizlik və regional əməkdaşlıq üzrə konfrans da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti