Bakı. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşü bu ilin noyabrında Özbəkistanda keçiriləcək.
Trend Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə İƏT-in Baş katibi Hüsrev Nazirinin görüşündə qeyd edilib.
Bildirilib ki, sammitin gündəliyinin hazırlanması barədə fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 1985-ci ildə yaradılan və Türkiyə, Pakistan, İran, Əfqanıstan, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın, Şimali Kipr Türk Respublikasının isə müşahidəçi üzv olduğu İƏT Dövlət Başçıları Zirvəsi iki ildən bir keçirilir.