...

Belarus səfirliyi Azərbaycana başsağlığı verib

Siyasət Materials 27 Yanvar 2023 15:55 (UTC +04:00)
Belarus səfirliyi Azərbaycana başsağlığı verib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Tehrandakı səfirliyinin əməkdaşının vəfatı ilə əlaqədar Belarus səfirliyi Azərbaycan Xarici İşlər Nazirliyinə və vəfat edən əməkdaşın yaxınlarına başsağlığı verir, həmçinin, səfirliyin xəsarət almış əməkdaşlarının tezliklə sağalmasını arzulayır.

Trend-in məlumatına görə, bu barədə Belarusun Azərbaycandakı səfirliyi tvitter hesabında bildirilib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti