...

Belarus XİN Azərbaycana başsağlığı verib

Siyasət Materials 27 Yanvar 2023 17:58 (UTC +04:00)
Belarus XİN Azərbaycana başsağlığı verib

Bakı. Trend:

Belarus Respublikasının Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla əlaqədar olaraq başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə Belarus Xarici İşlər Nazirliyinin Tvitter hesabında deyilir.

"Biz Azərbaycanın Tehrandakı səfirliyinə bir əməkdaşın ölümü, iki nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyirik. Dərin hüznlə başsağlığı verir və azərbaycanlı həmkarlarımıza dəstəyimizi ifadə edir, həmçinin, yaralananlara şəfa diləyirik", - paylaşımda deyilir.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti