...

Böyük Britaniyanın Tehrandakı səfiri Azərbaycanın İrandakı səfirliyinə başsağlığı verib

Siyasət Materials 27 Yanvar 2023 19:57 (UTC +04:00)
Böyük Britaniyanın Tehrandakı səfiri Azərbaycanın İrandakı səfirliyinə başsağlığı verib
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya səfirliyi adından Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarına dərin hüznlə başsağlığı verirəm.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerkliff öz "Twitter" hesabında məlumat verib.

Səfir mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti