...

Xorvatiya Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir - XİN

Siyasət Materials 27 Yanvar 2023 23:38 (UTC +04:00)
Xorvatiya Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyir - XİN

Bakı. Trend:

Xorvatiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir: “Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik. Diplomatik missiyalara qarşı zorakılığa heç bir bəraət qazandırmaq olmaz. Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, bu çətin anlarda düşüncələrimiz zərərçəkənlərin və onların ailələrinin yanındadır".

Xatırladaq ki, 27 yanavar Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Xəbər lenti

Xəbər lenti