...

Azərbaycanın Avropaya enerji nəqlinə sadiqliyini çox yüksək qiymətləndiririk - Viktor Orban

Siyasət Materials 30 Yanvar 2023 20:40 (UTC +04:00)
Azərbaycanın Avropaya enerji nəqlinə sadiqliyini çox yüksək qiymətləndiririk - Viktor Orban

Bakı. Trend:

Bu gün biz cənab Prezidentlə (Prezident İlham Əliyevlə-red.) on il bundan öncəki təcrübəmiz haqqında danışdıq. O zaman hər iki ölkə artıq onun üzərində çalışırdı ki, Azərbaycandan enerji Avropaya nəql edilsin. O zaman həmin plan (NABUKKO layihəsi-red.) həyata keçirilmədi.

Trend xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib.

“Bu, Rusiyanın Ukraynanı işğalından daha öncəki dövrə təsadüf edir. O zaman təbii ki, enerji resursları Avropaya nəql edilmədi, bu gün isə biz yenidən ssenari ilə üz-üzəyik ki, Azərbaycandan Avropaya enerji həcmləri nəql edilsin. Bu səbəbdən biz Azərbaycanın bu məsələyə sadiqliyini çox yüksək qiymətləndiririk ki, Azərbaycan Avropa İttifaqı ilə müvafiq sənəd imzalayıbdır. Həmin sənədə uyğun olaraq, 2027-ci ilə qədər Azərbaycan Avropaya nəql ediləcək qazın həcmini iki dəfə artıracaqdır”, - deyə Viktor Orban bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti