...

Azərbaycan qazının Macarıstan və digər Avropa ölkələrinə çatdırılması üçün hər cür dəstəyi göstərəcəyik - Çavuşoğlu

Siyasət Materials 31 Yanvar 2023 14:18 (UTC +04:00)
Azərbaycan qazının Macarıstan və digər Avropa ölkələrinə çatdırılması üçün hər cür dəstəyi göstərəcəyik - Çavuşoğlu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qazının Macarıstan və digər cənub-şərqi Avropa ölkələrinə çatdırılması üçün hər cür dəstəyi göstərəcəyik.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, enerji sahəsindəki əməkdaşlıq daha da gücləndiriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri çərçivəsində ötən gün "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu" imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti