...

Dünya ölkələri Azərbaycana minatəmizləmə işlərində köməklik göstərməlidir - Amerikalı turist

Siyasət Materials 6 Fevral 2023 14:42 (UTC +04:00)
Dünya ölkələri Azərbaycana minatəmizləmə işlərində köməklik göstərməlidir -  Amerikalı turist
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Ağdam. Trend:

Geniş ərazilərdə minatəmizləmə işləri görən istənilən ölkənin beynəlxalq dəstək gözləməsi ədalətlidir.

Bu barədə Trend-ə amerikalı turist Kristian Fleyşer deyib.

O, həmçinin, Ağdamın nəhəng dağıntılara baxmayaraq, yenidənqurma potensialına yüksək qiymət verib.

"Ağdam münaqişədən əziyyət çəkmiş istənilən yer kimi əvvəlki şanını qaytaracaq", - Kristian Fleyşer əlavə edib.

Sonda o, Ağdamın payına düşmüş faciədən əvvəlkindən də yaxşı olacağına əminliyini bildirib.

Xatırladaq ki, fevralın 4-də beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazisinə altıncı səfəri başlayıb.

Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.

Səfər zamanı nümayəndə heyəti, həmçinin, işğal dövründə ermənilərin törətdiyi vandallıqlarla, ərazilərdəki yenidənqurma işləri ilə, hableə Qarabağ regionunun təbii gözəlliyi ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti