...

Yeni minatəmizləmə layihəsi azad edilmiş ərazilərdə 20-yə yaxın şəhər və kəndi əhatə edəcək - BMTİP

Siyasət Materials 7 Fevral 2023 15:14 (UTC +04:00)
Yeni minatəmizləmə layihəsi azad edilmiş ərazilərdə 20-yə yaxın şəhər və kəndi əhatə edəcək - BMTİP
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

Yeni minatəmizləmə layihəsi azad edilmiş ərazilərdə 20-yə yaxın şəhər və kəndi əhatə edəcək.

Trend-in məlumatına görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) daimi nümayəndəsi vəzifəsini icra edən Nuno Keyros “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsinin təqdimatına həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu işlər mina təhlükəsinin olduğu bütün şəhər və kəndlərdə aparılacaq.

"Bu gün Azərbaycan, Avropa İttifaqı (Aİ) və BMTİP keçmiş məcburi köçkünlərin qayıdış prosesini tezləşdirmək üçün azad edilmiş ərazilərdə minatəmizləmə səylərini birləşdirir. Biz "Heç kəsi arxada saxlama" prinsipinə sadiqliyimizi bildirmək üçün bu layihəni başladırıq. Bu layihə BMTİP üçün vacibdir, çünki təkcə keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıdışını təmin etməyəcək, həm də minatəmizləmə proseslərində iştirak edəcək ilk qadın heyətinin yaradılmasına da imkan yaradacaq", - o deyib.

Keyros bu günədək Aİ-nin Azərbaycana minatəmizləmə üzrə yüksək ixtisaslaşmış mütəxəssislər göndərdiyini qeyd edib.

"Layihənin Azərbaycanın azad edilmiş ərazilərində 20-yə yaxın şəhər və kəndi əhatə edəcəyi gözlənilir. Biz, həmçinin, personalın ixtisasının artırılması, xəritələrin hazırlanması, itlərin təlimi üzərində çalışırıq - bütün bunlar Azərbaycana azad edilmiş ərazilərdə minatəmizləmə işlərində hərtərəfli yardım üçün vacibdir", - o yekun olaraq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti