...

Azərbaycanda regional turizm idarələri yaradılıb, Turizm Agentliyi işçilərinin say həddi artırılıb

Siyasət Materials 8 Fevral 2023 14:29 (UTC +04:00)
Azərbaycanda regional turizm idarələri yaradılıb, Turizm Agentliyi işçilərinin say həddi artırılıb

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmanla Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılır:

1.1. Bakı-Abşeron Regional Turizm İdarəsi;

1.2. Gəncə Regional Turizm İdarəsi;

1.3. Şəki Regional Turizm İdarəsi;

1.4. Lənkəran Regional Turizm İdarəsi;

1.5. Mingəçevir Regional Turizm İdarəsi;

1.6. Quba Regional Turizm İdarəsi;

1.7. Qarabağ Regional Turizm İdarəsi;

1.8. İsmayıllı Regional Turizm İdarəsi.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

- “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanının 3-cü hissəsi aşağıdakı redaksiyada verilir:

“3. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilsin.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti