...

Şərqi Timor Prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 8 Fevral 2023 15:48 (UTC +04:00)
Şərqi Timor Prezidenti Azərbaycana səfər edəcək

Bakı. Trend:

Şərqi Timor Prezidenti Joze Ramuş-Orta bu ilin mart ayında Bakıya səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

Məlumata görə, Prezident 9-11 mart tarixlərində Azərbaycanda keçiriləcək X Qlobal Bakı Forumunda iştirak edəcək.

Qeyd edək ki, X Qlobal Bakı Forumunun mövzusu "Dünya bu gün: çağırışlar və ümidlər" olacaq.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən hər il keçirilən Qlobal Bakı Forumu Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə əsas tədbirlərdən birinə çevrilib. Forumda görkəmli lider və ekspertlər üçün dünyanın ən mühüm problemlərini aradan qaldırma yollarını müzakirə etmək imkanı yaradılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti