...

Mənzil Məcəlləsində dəyişiklik edildi

Siyasət Materials 8 Fevral 2023 16:41 (UTC +04:00)
Mənzil Məcəlləsində dəyişiklik edildi

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:

- Aşağıdakı məzmunda 21.2-1-ci maddə əlavə edilir:

“21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

- Aşağıdakı məzmunda 24.2-1-ci maddə əlavə edilir:

“24.2-1. Bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

- 51.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilir:

“Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir.”.

6. 53.1.1-ci maddəyə “təqdim edilmədikdə” sözlərindən sonra “(bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti