...

Varşavada Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycanın Ticarət nümayəndəliyi fəaliyyət göstərir

Siyasət Materials 17 Fevral 2023 05:41 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Polşa Respublikasının iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviakla görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildirilib ki, iqtisadiyyat naziri Azərbaycan-Polşa əlaqələrinin genişləndiyini, qarşılıqlı rəsmi səfərlərin və keçirilən görüşlərin tərəfdaşlığın inkişafında rolunu vurğulayıb. Qeyd edib ki, ölkələrimiz iqtisadiyyatın bir sıra istiqamətləri üzrə, o cümlədən ticarət sahəsində səmərəli əməkdaşlıq edir. Varşavada Mərkəzi Avropanın 10 ölkəsi üzrə Azərbaycanın Ticarət nümayəndəliyi, habelə Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Diqqətə çatdırılıb ki, energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət, təhsil və s. sahələrdə əlaqələrin genişləndirilməsi üçün imkanlar böyükdür və Azərbaycan bu potensialın reallaşdırılması üçün müvafiq tədbirlər görür.

Polşa Respublikasının iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviak ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını qeyd edib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri barədə müzakirələr aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti