...

Sergey Lavrov Azərbaycana səfər edəcək

Siyasət Materials 17 Fevral 2023 14:51 (UTC +04:00)
Sergey Lavrov Azərbaycana səfər edəcək

Bakı. Trend:

Lavrovun fevralın sonunda Bakıya səfəri üzərində iş aparılır.

Trend-in məlumatına görə, bunu bu gün həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

"Səfərə gəlincə, belə bir səfər üzərində iş gedir", - o, Lavrovun fevralın sonunda Bakıya mümkün səfəri ilə bağlı sualı cavablandırarkən deyib.

O, həmçinin bildirib ki, Ermənistan və Azərbaycan Rusiyanın sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər. M.Zaxarova əlavə edib ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti