...

Azərbaycan və Ermənistan davamlı sülhü təmin etmək üçün tarixi imkana malikdirlər - Antoni Blinken

Siyasət Materials 18 Fevral 2023 18:41 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan və Ermənistan 30 illik münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkana malikdir.

Trend xəbər verir ki, Bunu ABŞ dövlət katibi Antoni Blinken Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən əvvəl deyib.

"Mən bu gün burada olduqlarına görə Prezident İlham Əliyevə və baş nazir Paşinyana təşəkkür etmək istəyirəm. Biz hesab edirik ki, Ermənistan və Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkanları var. Tərəflər özləri də diqqətlərini yenidən danışıqlar, o cümlədən birbaşa danışıqlar yolu ilə, həmçinin Aİ və ABŞ-ın iştirakı ilə sülh prosesinə yönəldiblər. ABŞ istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır. Mən bu gün həm Prezidentin, həm də baş nazirin iştirakına görə çox minnətdaram və yaxşı danışıqların olacağına ümid edirəm", - deyə A.Blinken bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti