Bakı. Trend:
Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Trend-in məlumatına görə, bu barədə britaniyalı nazir öz tvitter hesabında bildirib.
"Azərbaycan Böyük Britaniyanın mühüm ticarət və enerji tərəfdaşıdır. Mən Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyə sadiqliyini vurğuladım", - deyə L.Dokerti qeyd edib.
Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Azərbaycanda səfərdədir.