Bakı. Trend:
Azərbaycanın Ermənistana qarşı başlatdığı ədalət mühakiməsi bundan sonra da davam edəcək.
Trend-in məlumatına görə, bunu bu gün xarici işlər nazirinin müavini Xələf Xələfov Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş könüllülər arasında esse müsabiqəsinin təltifetmə mərasimində deyib.
O qeyd edib ki, bu günə qədər 16 dövlət tərəfindən Xocalı soyqırımının soyqırımı cinayəti kimi qəbul edilməsi ilə bağlı qərar və qətnamə qəbul edilib.
“Biz nəinki soyqırımı unutmuruq, qurbanların xatirəsini yad edir, əziz saxlayırıq”, - deyə X.Xələfov bildirib.