...

Qərbi Azərbaycana qayıdış cəmiyyətimiz və dövlətimiz üçün vacib məsələdir - Xələf Xələfov

Siyasət Materials 3 Mart 2023 12:05 (UTC +04:00)
Qərbi Azərbaycana qayıdış cəmiyyətimiz və dövlətimiz üçün vacib məsələdir - Xələf Xələfov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi azərbaycanlıların qayıdışı uzun illərdən bəri tək Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın deyil, bütün Azərbaycan xalqının arzusu və milli hədəfidir. Qərbi Azərbaycana qayıdış cəmiyyətimiz və dövlətimizin üçün həssas, vacib məsələdir. Məsələnin indiki zamanda, Vətən müharibəsindən sonra yaranmış yeni siyasi reallıqlar kontekstində qaldırılması böyük əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə Milli Məclisdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, bu məsələyə milli və dövlət mövqeyindən yanaşmaq lazımdır.

Nazir müavini vurğulayıb ki, Qərbi Azərbaycan icmasının potensialı imkan verir ki, Prezidentin irəli sürdüyü Qayıdış Konsepsiyasını yerinə yetirək.

Xatırladaq ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının yekun iclasında indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış Konsepsiyası qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti