...

Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verib

Siyasət Materials 6 Mart 2023 22:11 (UTC +04:00)
Azərbaycan XİN Ermənistanın baş nazirinə cavab verib

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyana cavab verib.

Trend xəbər verir ki, bu barədə XİN rəsmisi Ayxan Hacızadə tvitter hesabında paylaşım edib.

"Nikol Paşinyan, terrorizm hərbi personalın, silahların, minaların köçürülməsi və mülki əhalinin öldürülməsi yolu ilə Azərbaycana qarşı (suverenliyini və ərazi bütövlüyünü tanıdığınız) bədnam siyasətin və hərbi təcavüzün davamıdır. Ermənistanın bu cür qanunsuz hərəkətlərinin qarşısını almaq üçün Azərbaycanın qanuni tədbirləri Azərbaycanın suveren ərazilərində qayda-qanun yaratmaq adlanır", - A.Hacızadə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti