...

Qlobal Bakı Forumu unikal hadisədir - Ehud Olmert

Siyasət Materials 9 Mart 2023 14:37 (UTC +04:00)
Qlobal Bakı Forumu unikal hadisədir - Ehud Olmert
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Çox məhdud sayda hadisələr Qlobal Bakı Forumu kimi əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bu barədə İsrailin keçmiş baş naziri Ehud Olmert X Qlobal Bakı Forumunun kuluarlarında deyib.

Onun sözlərinə görə, forumda toplaşan dünya liderlərinin sayı dərin təəssürat yaradır.

"Ötən aylar ərzində mən bir sıra analoji tədbirlərdə iştirak etmişəm, lakin onlardan heç biri bu forum kimi statusa və nüfuza malik deyil", - E.Olmert deyib.

İsrailin keçmiş baş naziri bildirib ki, böyük sayda möhtərəm qonaqların iştirakı forumun əhəmiyyətini, həmçinin onların Azərbaycana və Prezident İlham Əliyevə bəslədikləri hörməti əks etdirir.

Xatırladaq ki, martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti