...

Netanyahu İsrailin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib (FOTO)

Siyasət Materials 29 Mart 2023 23:34 (UTC +04:00)
Netanyahu İsrailin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib (FOTO)

Bakı. Trend:

29 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Baş nazir Binyamin Netanyahu tərəfindən qəbul edilib.

XİN-dən Trend-ə bildirilib ki, Baş nazir Binyamin Netanyahu ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz salamlarını çatdırmağı xahiş edib. Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Azərbaycanın İsraildə Səfirliyinin açılması münasibətilə təbriklərini çatdırıb. Baş nazir İsrailin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Nazir Ceyhun Bayramov ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini məmnunluqla xatırlyıb və Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb.

Görüş zamanı həmçinin Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin hazırki səviyyəsi, münasibətlərin inkişafı perspektivləri, təhlükəsizlik, iqtisadi əlaqələr və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti