...

Azərbaycan və Şimali Makedoniyanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək

Siyasət Materials 12 Aprel 2023 12:34 (UTC +04:00)
Azərbaycan və Şimali Makedoniyanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Şimali Makedoniyanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə bu gün xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı da bu gün müzakirə edilən mövzular sırasında olub.

"Dost ölkələrlə münasibətlərin perspektivinə çox müsbət və nikbin baxırıq. Hesab edirik ki, bugünkü danışıqlarımız bu formatda çox önəmli bir addım oldu. Azərbaycan ilk günlərdən ATƏT-də çox fəal rol oynayıb. ATƏT çərçivəsində bir sıra ölkələr arasında münasibətlərin böhran vəziyyətində olmasını müşahidə edirik. Şimali Makedoniyanın sədrliyi də çox mürəkkəb bir zamanda baş verir", - C.Bayramov əlavə edib.

Qeyd edək ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə xarici işlər naziri Ceyhun Bayramov arasında təkbətək və geniş tərkibdə görüş keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti