...

Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı pislənib

Siyasət Materials 14 Aprel 2023 04:57 (UTC +04:00)
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı pislənib

Bakı. Trend:

Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, tanınmış perulu jurnalist Rikardo Sançezin “Ermənistanın Azərbaycana qarşı təxribatları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir” başlıqlı məqaləsi dərc edilib.

Bu barədə Trend-ə Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına istinad edən müəllif, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə müxtəlif silahlardan atəş açmaqla növbəti təxribat aktı törətdiyini, nəticədə Azərbaycan Ordusunun üç hərbi qulluqçusunun şəhid olduğunu qeyd edir.

Məqalədə beynəlxalq ictimaiyyətin ölkələr arasında sülh müqaviləsi üzrə danışıqlara çağırışları fonunda bu kimi hərbi təxribatların, o cümlədən Ermənistanın sülh müqaviləsi prosesini pozmağa yönəlmiş müxtəlif bəyanatlarla çıxış edərək sülh prosesinə marağının olmadığını göstərdiyi bildirilir.

Məqalədə, həmçinin bütün məsuliyyətin beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın üzərinə düşdüyü və bu kimi hərəkətlərin nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozduğu, həmçinin regional sülh və təhlükəsizliyə ciddi təhlükə yaratdığı vurğulanır və bunun beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməsinin vacibliyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti