...

Ermənilər Qarabağda ağlasığmaz vəhşiliklər törədiblər - Hollandiyalı yazıçı (FOTO/VİDEO)

Siyasət Materials 14 Aprel 2023 15:12 (UTC +04:00)
Ermənilər Qarabağda ağlasığmaz vəhşiliklər törədiblər - Hollandiyalı yazıçı (FOTO/VİDEO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər Qarabağda ağlasığmaz vəhşiliklər törədiblər.

Trend cümə günü xəbər verir ki, bu barədə "Azernews"a müsahibəsində Qarabağda müharibə və soyqırımı haqqında kitabın hollandiyalı müəllifi Henri Van Rens deyib.

"Təqribən iki il bundan əvvəl mən bütün dünyadan olan bir qrup jurnalistlə ilk dəfə Qarabağda oldum. Dağıntıları görəndə düşündüm ki, ermənilərin Qarabağda törətdikləri bu dəhşətləri insanın edə bilməsi mümkün deyil. Qərara gəldim ki, bu barədə kitab yazmaq lazımdır, çünki mənim ölkəmdə və bütünlükdə Avropada Qarabağ və ümumiyyətlə Azərbaycan haqqında çox az bilirlər", - o deyib.

Yazıçı avropalı parlamentarilərin ermənilərin böyük pərəstişkarları olduğunu, daima Azərbaycanı ittiham etdiklərini və heç vaxt Ermənistanın vəhşiliklərindən danışmadıqlarını, bu səbəbdən Qarabağ hadisələrinə dair həqiqəti dünya birliyinə çatdırmağın vacib olduğunu vurğulayıb,

"Mən daha çox məlumat əldə etmək üçün tezliklə Ağdama yenidən səfər edəcəyəm. Kitabımda həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) son dərəcə mürəkkəb və ağır olan işindən də bəhs etmişəm. Ümid edirəm ki, kitabımdan əldə edəcəyim gəliri Qarabağın bərpa prosesinə töhfə vermək üçün Azərbaycan xalqına verə biləcəyəm", - Henri Van Rens deyib.

Yazıçı həmçinin kitabının təqdimatı üçün payızda Azərbaycana səfər etməyi planlaşdırdığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti