...

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib

Siyasət Materials 21 Aprel 2023 13:23 (UTC +04:00)
Azərbaycan-NATO tərəfdaşlığı müzakirə edilib

Bakı. Trend:

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə NATO Baş Katibinin xüsusi nümayəndəsi ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə C.Hüseynzadə “Twitter"də məlumat paylaşıb.

“NATO Baş Katibinin Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Xüsusi Nümayəndəsi xanım İrene Fellin ilə gözəl görüşümüz baş tutdu.

Görüşdə biz NATO-Azərbaycan tərəfdaşlığı, WPS (Women, Peace and Security) mözsunun gündəliyində dayanan məsələləri, eləcə də bu ilin payızında Bakıda keçiriləcək yüksək səviyyəli konfransı müzakirə etdik”, - Hüseynzadə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti