...

Bu gün Azərbaycanda oftalmologiya sahəsində qazanılan uğuların əsası Zərifə Əliyeva tərəfindən qoyulub - Sevil Mikayılova

Siyasət Materials 25 Aprel 2023 13:09 (UTC +04:00)
Bu gün Azərbaycanda oftalmologiya sahəsində qazanılan uğuların əsası Zərifə Əliyeva tərəfindən qoyulub  - Sevil Mikayılova

Bakı. Trend:

Bu gün Azərbaycanda oftalmologiya sahəsində qazanılan uğuların əsası Zərifə Əliyeva tərəfindən qoyulub.

Trend-in məlumatına görə, bu barədə bu gün Milli Məclisin deputatı Sevil Mikayılova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, 20-ci əsr Azərbaycanın siyasi tarixinə Heydər Əliyev kimi böyük bir şəxsiyyəti bəxş etdi. Məhz bu şəxsiyyətin işığında Azərbaycan xalqı özünün müasir inkişafının əsasını qoydu.

S.Mikayılovanın sözlərinə görə, Zərifə Əliyeva sözün əsl mənasında Ulu Öndəri bu işlərə ruhlandıran bir güc, qüvvə idi.

"Biz onun Azərbaycan tibb elminə verdiyi töhfələri bu gün də böyük minnətdarlıq, ehtiram və hörmətlə qeyd edirik. O həqiqətən də böyük oftalmoloq idi. Zərifə Əliyeva daim xəstələrinin yanında olurdu. Tarlalara, əkin sahələrinə gedirdi və orada xəstələrini yerindəcə müayinə edirdi. Azərbaycanda Milli Oftalmologiya Mərkəzinin və laboratoriyanın yaradılması da Zərifə xanımın əməyi ilə bağlıdır.

Bu gün Azərbaycanda oftalmologiya sahəsində qazanılan uğuların əsası Zərifə Əliyeva tərəfindən qoyulub", - deyə S.Mikayılova qeyd edib.

S.Mikayılova bildirib ki, bu gün Zərifə xanımın şəxsiyyətinə fərqli bir bucaqdan baxmaq da önəmlidir.

"Məhz Zərifə xanımın timsalında biz milli-mənəvi dəyərlərimizin necə yaşadığına, ailə ənənələrinin nəsildən-nəsilə necə ötürüldüyünü çox gözəl görürük. Zərifə xanım hər zaman Ulu Öndərin yanında onun sədaqətli silahdaşı kimi dayanırdı və məsləhətlərini verirdi. Zərifə xanım alim kimi elm sahəsinə böyük töhfələr verdi. Ana kimi bir ailənin başçısı idi, həyat yoldaşı kimi Ulu Öndərin yanında etibarlı silahdaşı idi. Düşünürük ki, onun Azərbaycan xalqı qarşısında ən böyük xidməti Azərbaycan xalqı üçün tərbiyə etdiyi, böyütdüyü əsl vətənpərvər oğul, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bu gün bizim yaşadığımız böyük qürur hissi, 2020-ci ildə qazandığımız böyük zəfər məhz vətənpərvər ruhda böyümüş, milli-mənəvi köklərinə bağlı, ailə ənənələrini çox dərindən mənimsəmiş şəxsiyyətin Azərbaycan xalqı qarşısında xidməti oldu", - deyə S.Mikayılova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti