...

Prezident İlham Əliyev: Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə hazırdır

Siyasət Materials 25 Aprel 2023 19:45 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə hazırdır

Bakı. Trend:

Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə birmənalı olaraq hazırdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində bildirib.

“Eyni zamanda, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra biz hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq”, - deyə dövlətimizin başçısı əlavə edib ki, Azərbaycanda ilk külək və günəş enerjisi stansiyalarının tikintisi artıq başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti