...

Bolqarıstanda imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcək - Səttar Möhbalıyev

Siyasət Materials 26 Aprel 2023 16:53 (UTC +04:00)
Bolqarıstanda imzalanan Anlaşma Memorandumu Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcək - Səttar Möhbalıyev

Trend-i buradan izləyin

Bakı. Trend:

“Bütün sahələrdə əldə etdiyi uğurlar, effektli regional və beynəlxalq təşəbbüsləri, həyata keçirdiyi genişmiqyaslı layihələr ölkəmizin mövqelərini durmadan artırır. Həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin xarizması, nümunəvi davranışları, dünya ölkələri ilə münasibətlərin qurulmasında və inkişafında sərgilədiyi yanaşma, eləcə də hər bir imzasına, hər bir sözünə verdiyi dəyər ölkəmizin beynəlxalq nüfuzunu yüksəldir. Heç kimə sirr deyil ki, dünya dövlətləri tərəfindən Azərbaycana olan maraq hər gün durmadan artır. Prezident İlham Əliyev dünyaya elə bir Azərbaycan təqdim edib ki, artıq onun əhəmiyyəti dərindən dərk edilir, əməkdaşlıqdan məmnunluq ifadə olnur. Hazırda dünya ən mürəkkəb tarixini yaşayır, bütün coğrafiyaya təsir gücündə olan müharibə yaşanır. Bu da əsasən enerji sahəsində problemlərə geniş yol açıb. Belə bir məqəmda Azərbaycanın rolu göz qabağındadır”.

Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu, cənab İlham Əliyev tərəfindən daha da uğurla inkişaf etdirilən enerji siyasətinin nəticələri bu gün Avropa qitəsindən daha aydın görünür. Bir növ “qoca qitə”nin xilaskarı rolunda çıxış edir. Vaxtı ilə Cənub Qaz Dəhlizinin reallaşa biləcəyinə şübhə ilə yanaşanlar bu gün onun əhəmiyyətini şərh edirlər. Həmçinin Azərbaycan dünyaya sadiq tərəfdaş anlayışını gətirib ki, bunun da dövlətlər arasında əməkdaşlıqda nə qədər vacib nüans olduğu hamıya bəllidir. Bu məqamda mən dövlətimizin başçısı cənab İlham Əliyevin aprelin 25-də Bolqarıstana baş tutan işgüzar səfərinə diqqət çəkmək istərdim. Səfər zamanı dövlət başçılarının iştirakı ilə “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanma mərasimi oldu. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyənləşdirir və Avropanın enerji təhlükəsizliyinin təmin olnmasında əhəmiyyətli addımdır. Bu, bir daha təsdiqləyir ki, Avropa ölkələri düşdükləri böhrandan xilasın real və səmərəli həll variantını qazı Azərbaycandan idxalda görürlər. Avropa ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq digər sahələrdə də əlaqələrimizin möhkəmlənməsinə və genişlənməsinə önəmli töhfələr verir. Bu gün Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycanın münasibətləri artıq strateji tərəfdaşlıq səviyyəsindədir”, - Milli Məclisin deputatı bildirib.

AHİK sədri əlavə edib ki, bu istiqamətdə görülən bütün işlər ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə, valyuta ehtiyatlarının, büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq.

Xəbər lenti

Xəbər lenti