...

Türkiyənin uğurlarını həzm edə bilməyənlər var, nə etsələr də boşunadır - Ərdoğan

Siyasət Materials 29 Aprel 2023 14:07 (UTC +04:00)
Türkiyənin uğurlarını həzm edə bilməyənlər var, nə etsələr də boşunadır - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin uğurlarını həzm edə bilməyənlər var. Hər kəs onların kim olduğunu bilir.

Trend-in məlumatına görə bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Teknofest" festivalında çıxışı zamanı deyib.

"Onlar nə etsələr də boşunadır. İlk öncə altılı bir koalisya masası qurdular. İndi doqquzlu bir koalisiya masası var. Amma nə etsəniz boşdur. Keçmişdə bu koalisyaları çox gördük.

Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti