...

Milli Məclisinin xüsusi iclasına dəvət olunmuş nümayəndə heyətləri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

Siyasət Materials 16 May 2023 10:15 (UTC +04:00)
Milli Məclisinin xüsusi iclasına dəvət olunmuş nümayəndə heyətləri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)

Bakı. Tend:

Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasına dəvət olunmuş nümayəndə heyətləri Fəxri xiyabanı ziyarət ediblər.

Trend-in məlumatına görə, 30-a qədər ölkənin parlamentinin, o cümlədən Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk PA və Parlamentlərarası İttifaqın nümayəndə heyətlərinin üzvləri Fəxri xiyabanda Heydər Əliyevin və oftalmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət edib, çələng qoyub, gül dəstələri düzüblər.

Nümayəndə heyətləri daha sonra Şəhidlər xiyabanını ziyarət ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti