...

Azərbaycanda bütün inkişaf və nailiyyətlərdə Heydər Əliyevin izi var - Mərakeş Nümayəndələr Palatasının Sədri

Siyasət Materials 16 May 2023 12:10 (UTC +04:00)
Azərbaycanda bütün inkişaf və nailiyyətlərdə Heydər Əliyevin izi var - Mərakeş Nümayəndələr Palatasının Sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bütün inkişaf və nailiyyətlərdə Heydər Əliyevin izi var.

Trend-in məlumatına görə, bunu Mərakeş Nümayəndələr Palatasının Sədri Raşid Talbi El Alami Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında çox nailiyyətlər əldə edib. “Beynəlxalq konteks çətin olsa da Heydər Əliyev Azərbaycanın müstəqiliyinin gücləndirilməsi istiqamətində böyük işlər görüb. O, Azərbaycanı böyük cazibə mənbəyinə çevirmişdir. Azərbaycan gələcəyə doğru inamla irəliləyir. Bu nailiyyətlər 30 il ərzində əldə edilib.

Azərbaycanda müasirliklə orjinallıq var, Azərbaycanda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğunu görürük. Azərbaycan mədəni müxtəlifliyi ilə dünyaya bir nümunədir. Azərbaycanın tutduğu demokratik yol İslamın gözəl dəyərləri ilə uyğundur. Azərbaycanla dostluq münasibətlərini yüksək qiymətrləndirirk”, - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti