...

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir çox çətinliklərdən çıxdı və güclü dövlətə çevrildi - Vladimir Orliç

Siyasət Materials 16 May 2023 12:20 (UTC +04:00)
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir çox çətinliklərdən çıxdı və güclü dövlətə çevrildi - Vladimir Orliç

Bakı. Trend:

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir çox çətinliklərdən çıxdı və güclü dövlətə çevrildi.

Trend-in məlumatına görə, bunu Serbiya Milli Assambleyanın Sədri Vladimir Orliç Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.

O qeyd edib ki, Heydər Əliyev qısa müddətdə yeni siyasi mədəniyyət gətirə bildi.

“Onu rəhbərliyi altında Azərbaycan hədəflər müəyyən edərək çətinliklərdən çıxdı və güclü bir dövlətə çevrildi”, - deyə o qedy edib.

O bildirib ki, ərazi bütövlüyünün qorunması və suverenliyin təmin edilməsi ilə bağlı Serbiya və Azərbaycan eyni mövqeyə malikdir. Biz beynəlxalq hüququn prinsiplərinə əməl edirik. Azərbaycanla Serbiya arasında güclü dostluq münasibətləri var. Serbiya olaraq biz Azərbaycanın uğurlarına sevinirik. Bizim dostlarımızın uğurları bizi sevindirir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Milli Məclisin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti