Bakı. Trend:
Ümid edirəm, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında birbaşa dialoq əlavə nəticələr əldə etməyə imkan verəcək.
Trend cümə günü xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Lavrov Azərbaycanın XİN başçısı Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanla üçtərəfli görüşdə deyib.
"Təklif edərdim ki, üçtərəfli formatda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə bütün məsələlər kompleksi nəzərdən keçirilsin və Rusiyanın malik olduğu, köməklik etmək üçün istifadə edə biləcəyimiz imkanlar nəzərə alınmaqla gələcək addımlar razılaşdırılsın", - o deyib.
Rusiya xarici işlər naziri üçtərəfli bəyanatlarda mahiyyətcə davamlı həllərə nail olmaq üçün yol xəritəsinin olduğunu qeyd edib.
"Cənubi Qafqaz ətrafındakı vəziyyəti təhlil etdik. Hesab edirəm ki, liderlərimizin razılaşmalarına alternativ yoxdur. Regionda sülhün və sabitliyin hökm sürməsində bütünlüklə maraqlıyıq. Bu, Rusiyanın maraqları ilə birbaşa olaraq əlaqəlidir və biz vəziyyətin stabilləşməsi ilə bağlı qərarların icrasına hər vasitə ilə nail olmağa çalışacağıq", - o deyib.