...

Azərbaycan və Litva arasında yeni imkanlar açılır

Siyasət Materials 23 May 2023 11:30 (UTC +04:00)
Azərbaycan və Litva arasında yeni imkanlar açılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin cari ilin 22 may tarixində Litva Respublikasına dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcıdır.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan və Litva arasında münasibətlərin zəngin tarixi var. “Məlumdur ki, hər iki ölkə sovetlər dönəmində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də Azərbaycan və Litva arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan bu münasibətlər artan xətt üzrə inkişaf etməyə başlayıb və bir çox sahələri əhatə edir.

Hazırda iki ölkə arasında etibarlı tərəfdaşlıq və yaxın dostluq münasibətləri mövcuddur. Cənab Prezident İlham Əliyevin səfəri iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni imkanlar açır. Bu baxımdan səfər çərçivəsində imzalan sazişlər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni perspektivlər vəd edir. Belə ki, ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində də Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı. Bu, ikitərəfli münasibətlərin inkişafına mühüm təkan verəcəkdir”, - deyə deputat bildirib.

Deputat bildirib ki, eyni zamanda səfər çərçivəsində Litva-Azərbaycan biznes forumunun açıldı. “Bu platformada iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradacaq”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, Azərbaycan və Liva bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün geniş imkanlar var. “Bu gün qlobal enerji böhranı fonunda Azərbaycanın geniş bərpaolunan enerji potensialına malik olması, xüsusilə işğaldan azad edilmiş ərazilərdə bu istiqamətdə iri layihələrin icrası ölkəmizin etibarlı tərəfdaş kimi əhəmiyyətini daha da artırır.

Litva Prezidenti Gitanas Nauseda da mətbuata bəyanatında AzərbaycanınAvropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirdi və ölkəmizlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirdi”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, Azərbaycan və Litvanın beynəlxalq təşkilarlar çərçivəində də geniş əməkdaşlıq təcrübəsi var.

“Litva uzun müddət ölkəmiz üçün strateji tərəfdaş olan Azərbaycanın Avropa tərəfdaşları sırasındadır. Şərq Tərəfdaşlığı ölkələri çərçivəsində Aİ-nin Litvaya təqdim etdiyi tvinninq layihələrində Azərbaycan Litvanın ən etibarlı tərəfdaşlarından biridir. Bu günə qədər Litva Azərbaycanda 26 layihənin seçimində iştirak edib, onlardan 17-də iştirakını təmin edib. Bu baxımdan Litva Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinin inkişafının tərəfdarıdır”, - deyə deputat əlavə edib.

Deputat vurğulayıb ki, İki ölkə arasında əlaqələrin qurulması və inkişaf etdirilməsində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. “2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin prezidentliyi dövründə Litva ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edib və bundan sonra da inkişaf edəcək”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti