...

Ərdoğan vətəndaşları qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə çağırıb

Siyasət Materials 27 May 2023 02:38 (UTC +04:00)
Ərdoğan vətəndaşları qarşıdan gələn seçkilərdə fəal iştirak etməyə çağırıb

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarını mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda fəal iştirak etməyə çağırıb.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.

Ərdoğan ölkə vətəndaşlarını birlik nümayiş etdirməyə çağırıb.

Türkiyə prezidenti bazar günü ölkə vətəndaşlarının “Türkiyə əsri” vizyonu ətrafında birləşəcəyinə əminliyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti