Bakı. Trend:
Qardaş Türkiyədə keçirilən növbəti seçkilərdə Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhur İttifaqı tərəfindən qazanılan möhtəşəm qələbə münasibətilə səmimi təbriklərimi çatdırıram!
Trend-in məlumatına görrə, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında qeyd edib.
“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin bundan sonra daha da möhkəmlənəcəyinə əminik!” – deyə paylaşımda bildirilib.