...

Bayden prezident Ərdoğanı təbrik edib

Siyasət Materials 29 May 2023 03:50 (UTC +04:00)
Bayden prezident Ərdoğanı təbrik edib

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden sosial media hesabında prezident seçkilərində qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

“NATO müttəfiqləri kimi mən ikitərəfli məsələlər və ortaq qlobal çağırışlar üzərində birgə işi davam etdirməyi səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçildi.

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,14 səslə qalib gəldi. Seçkidə Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs topladı.

Xatırladaq ki, bu gün Türkiyədə ikinci tur prezident seçkiləri keçirilib.

Səsvermə prosesi Bakı vaxtı ilə saat 09:00-dan 18:00-a qədər davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti