...

Xankəndidə nəyin hazırlığı görülür? - Paşinyan özündən “qəhrəman” düzəltmək istəyir

Siyasət Materials 30 May 2023 17:03 (UTC +04:00)
Xankəndidə nəyin hazırlığı görülür? - Paşinyan özündən “qəhrəman” düzəltmək istəyir
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Hər ötən saat Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında Azərbaycan Ordusunun antiterror əməliyyatına daha çox ehtiyac yaranmağa başlayır. Kişinyov görüşü yaxınlaşdıqca bunu xüsusilə hiss etməyə başlamışıq. İstər Ermənistan-Azərbaycan sərhəddində olsun, istərsə də sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə olan qeyri-qanuni erməni silahlıları tərəfindən artıq ardıcıl bir neçə gündür ki, silahlı insidentlər bir-birini əvəz edir.

Bu, təbii ki, sıradan, təsadüf bir hadisə deyil, bir plandır və əsas məqsəd də, iyunun1-də Kişinyovda yenidən Azərbaycan və Ermənistan dövlət başçıları arasında nəzərdə tutulan görüşdə sülhlə bağlı hər hansı bir müsbət irəliləyişi əngəlləmək üçün önləyici "tədbirdir". Ermənistanın sülh danışıqlarındakı yenidən mövqe dəyişikliyi diqqətdən yayınmır.

Rəsmi İrəvan yenidən danışıqlar prosesini sabotaj etmək üçün müxtəlif istiqamətlərdə təxribatlara start verib. Əslində bunun ilk cücərtisi Avrasiya İqtisadi İttifaqının Moskva sammitindən hiss edilməyə başladı. Rusiyanın paytaxtında konfransa sonrası üçtərəfli görüşün keçiriləcəyi öncədən bəlli idi. Aİİ konfransında Nikol Paşinyanın Azərbaycana qarşı təxribatyönlü açıqlamaları, atmacaları İrəvanın danışıqların baş tutumaması üçün niyyətindən xəbər verirdi.

Məhz həmin gündən bu yana Ermənistan hərbi-siyasi rəhbərliyi təxribatları ilə növbəti danışıqları əngəlləməyə, prosesi dalana dirəyib, Azərbaycanla sülh sənədinin uzadılması prosesini qeyri-müəyyən zamana kimi uzatmağı qarşısına məqsəd qoyduğunu açıq nümayiş etdirir. Hamilərinin müdaxilələri ilə manipulyasiya cəhdlərini davam etdirən Ermənistan gah möcvqelərimizi atəşə tutur, gah diversant qrupunu ərazimizə göndərib təxribat hazırlamağa çalışır, gah da Azərbaycana qarşı elə öz əraizisndə sülhməramlıların gözü önündə yeni döyüş mövqeləri hazırlayır.

Az öncə isə separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan yenidən çərənləməsi ilə diqqət mərkəzinə düşüb. O bildirib ki, "Geriyə yol yoxdur, müharibəyə hazırlaşırıq". Bu, Azərbaycana meydan oxumaq deyil nədir?! Bəs, Vardanyan buna cəhd edəcəkləri təqdirdə hansı aqibətlə üzləşəcəklərinidəmi düşünə bilmir, əlbəttə bilir. Amma hamilərindən belə göstəriş alan Vardanyanların ağzı nədir ki, köləsi olduqları ağaılarının sözündən çıxalar.

Vardanyanın bu açıqlaması eyni zamanda Nikol Paşinyanın son bəyanatları, sülhə mane olmağa hesablanan fikirləri ilə tamamilə üst-üstə düşür. Ermənistanın sosial media seqmentində də yayılan kadrlardan bir daha təsdiq edir, qarşı tərəf sərhədə yeni qüvvələr toplayır. Belə nəticə çıxır ki, Ermənistan sülhə yox, savaşa hazırlıq görür.

Bu iki hadisədə bağlılıq göz önündə. Bununla da bir daha o qərara gələ bilərik ki, Nikol Paşinyan yenidən müharibə bölgədə eskalasiya riskini artırmaq üçün himayədarlarından vəziyyəti gərginləşdirmək istiqamətində göstəriş alıb.

Bütün bu proseslər isə Azərbaycanın ərazi bütövlüyünə, onu suverenliyinə edilən təhdiddən başqa bir şey deyil. Hadisələrin bu cür cərəyanı Azərbaycanı vadar edir ki, vaxt itirmədən sülhməramlı kontingentin müvəqqəti nəzarət zonasında təcili antiterror əməliyyatlarına başlasın.

Təbii ki, hadisələrin necə inkişafı iyunun 1-də Kişinyovda keçiriləcək Avropa İttifaqı sammitində Ermənistanın baş naziri Nikol Paşinyanın tutacağı mövqedən asılıdır. O, danışıqların baş tutmaması üçün əlindən gələni edəcək ki, qeyri-müəyyən zamana kimi yenidən Bakı ilə təmaslar dondurulsun, vaxt qazansın. Bəs, Azərbaycan tərəfi buna razıdırmı? Bakı yenidən Ermənistanın nə vaxt ətəyindən daşı atıb, konstruktivlik nümayiş etdirmək üçün səbri varmı?!

Ermənistan sülh istəmirsə, Azərbaycan da onun istədiyi şəkildə davranmaq haqqı qazanacaq. Bakının İrəvanın nazını çəkəcək fikri yoxdur. Azərbaycan yerli erməni sakinlərin reinteqrasiyası istiqamətində bütün zəruri addımları atmaq niyyətindədir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı səslənən fikirlərin və cəhdlərin qarşısının alınması Azərbaycanın suveren hüququdur və bu, beynəlxalq hüququn norma və prinsiplərə uyğundur. Ermənistanın buna zidd fəaliyyətləri və Azərbaycanın erməni sakinlərlə dialoq səylərinə müdaxiləsi ölkəmizin daxili işlərinə qarışmaqdır və Paşinyan başda olmaqla, digər Ermənistan rəsmiləri tərəfindən səslənən “ərazi bütövlüyü və suverenliyə dəstək” barədə pafoslu bəyanatlarla ziddiyyət təşkil edir.

Ermənistan nə qədər çalışsa da ki, Azərbaycanın planlarını pozusn, geosiyasi reallığı xeyrinə dəyişsin, Azərbaycan buna imkan verməyəcək. Yaxşı olardı ki, Azərbaycana qarşı ərazi iddialarını davam etdirən ermənilər, siyasətçiləri, radikal qüvvələri və onlara fitva verən hamiləri Bakıya qarşı çıxmağın onlar üçün hansı fəsadlarla yekunlaşacağını da bir düşünsünlər.

Prezident İlham Əliyev Laçında çox önəmli mesajlar verdi. Ən önəmlilərdən biri isə "Biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq. Mən buna şübhə etmirəm" mesajı oldu. DÖvlət başçısı bu bəyanatı ilə Ermənistana kənar qüvvələrin müdaxiləsi ilə sülh ritorikasını dəyişməməyə dəvət etdi.

Prezidentin etdiyi xəbərdarlıqdan gəlinən növbəti nəticə bundan ibarətdir ki, Qarabağdakı separatçı ünsürlərin cəmisi bir neçə ay vaxtı qalıb. Bu müddət daha da tez ola bilər. Ya qondarma rejim qalıqları Azərbaycan dövlətinə boyun əyəcək, ya da Azərbaycan Ordusunun nüşangahındakı yerini qətiləşdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti