...

İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO)

Siyasət Materials 31 May 2023 14:28 (UTC +04:00)
İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri başa çatıb (FOTO)

Bakı. Trend:

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 31-də başa çatıb.

Trend xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İsrail Prezidenti İsxak Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola saldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti