...

İran nüvə silahı əldə etməyəcək - Blinken

Siyasət Materials 6 İyun 2023 04:15 (UTC +04:00)
İran nüvə silahı əldə etməyəcək - Blinken

Bakı. Trend:

ABŞ İranın bütün Yaxın Şərq regionunun təhlükəsizliyini təhdid edən nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün addımları atmağa davam etməyə hazırdır.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken bildirib.

“İran nüvə silahı əldə etməyəcək, çünki bunun üçün ABŞ iqtisadi təzyiq ilə yanaşı, diplomatiya yolundan da istifadə etməyə hazırdır. Prezident Bayden İranın nüvə silahı almamasını təmin etmək üçün bütün variantları nəzərdən keçirir”, - deyə Antoni Blinken qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti