...

MDB dövlət başçıları yeni saziş imzalamağı planlaşdırırlar

Siyasət Materials 6 İyun 2023 13:55 (UTC +04:00)

Bakı. Trend:

MDB dövlətlərinin başçıları bu ay xidmət ticarəti haqqında saziş imzalamağı planlaşdırırlar.

Trend bazar ertəsi xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

"Elə bu ay, bir neçə gün sonra MDB dövlətlərinin başçılarının görüşündə xidmət ticarəti haqqında sazişin imzalanması planlaşdırılır, bunun üzərində uzun müddət iş gedib. Bu Birlikdə ticarətin liberallaşmasını daha da irəli aparacaq", - deyə Lavrov Rusiya-Tacikistan (Slavyan) Universitetində çıxışında deyib.

Bundan başqa, S.Lavrov qeyd edib ki, Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya prosesləri dərinləşməyə davam edir. "Layihə öz aktuallığını və dayanıqlılığını praktikada göstərib, layihə çərçivəsində qarşılıqlı fəaliyyətin müsbət nəticələri, hər şeydən öncə qarşılıqlı əmtəə dövriyyəsində nəzərəçarpan artım bunun parlaq sübutudur. Bu gün Avrasiya İqtisadi Birliyinin ümumi bazarı 180 milyondan çox istehlakçını əhatə etməklə əmtəə, xidmət, kapital və işçi qüvvəsinin sərbəst hərəkətini təmin edir", - deyə Rusiya xarici işlər naziri deyib.

S.Lavrov həmçinin bildirib ki, bu il Avrasiya İqtisadi Birliyinə sədrlik edən Rusiya maraq göstərən üçüncü ölkələrlə və beynəlxalq strukturlarla dialoqun gücləndirilməsinə daha yüksək diqqət ayırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti